Üzdə olan bu dəyişikliklər beyin şişinin əlaməti ola bilər - Malışeva açıqladı

Üzdə olan bu dəyişikliklər beyin şişinin əlaməti ola bilər - Malışeva açıqladı
20:42 1 Mart 2020
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün tibb beyin şişlərinin erkən əlamətlərlə aşkarlanmasında gücsüzdür. Ən aqressiv xərçəng olan beyin xərçəngi uzun müddət əlamətsiz gedir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Elena Malışeva beyin şişlərinin əlaməti ola biləcək qəribə simptomları açıqlayıb.

"Şiş kəlləni sıxdığı və aşağı basdığı üçün pasiyentin üzündə burun ətrafı büküş və xətlərdə dəyişikliklər ola bilər. Əgər 3 ay ərzində bu xətlərdən biri dərinləşib, əyilib, üzün bir tərəfi aşağı doğru sallanırsa, udqunmada, qida qəbulunda çətinlik yaranırsa, eləcə də nitqdə problem yaranıbsa, xəstə gündəlik etdiyi hərəkətlərdən, vərdişlərdən birini edə bilmirsə - bu əlamətlər beyin şişinə siqnal ola bilər.

Digər əlamətlər isə davamlı baş ağrıları, baş gicəllənmələr, yerişdə dəyişiklikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/805588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR