Prostat xərçənginin əsas ƏLAMƏTLƏRİ -

Almaniyalı onkoloqlar prostat xərçənginin ilk əlamətlərini açıqlayıb.

Metbuat.az xəbər verir ki, sidiyin rənginin dəyişməsi, sidiyə gedərkən narahatçılıq və cinsi pozğunluq prostat xərçənginin ilk əlamətlərindəndir. Bundan başqa, onkoloqlar ağrının ən son mərhələdə olduğunu vurğulayıblar.

Həkimlər bidiriblər ki, prostat vəzi sidik kisəsinin altında yerləşdiyi üçün dəyişiklik dərhal sidik ifrazında özünü göstərir. Tez-tez sidiyə getmək və bu zaman ağrının olması təhlükəli siqnal ola bilər.

Alman mütəxəssislərinin fikrincə, bu simptomlar mütləq prostat xərçənginin göstəriciləri deyil, lakin onlar bu əlamətləri hiss etdikdə dərhal həkimə müraciət etməyin vacib olduğunu da bildiriblər.

Prostat xərçəngi ağciyər xərçəngindən sonra kişilərdə ən çox yayılan ikinci onkoloji xəstəlikdir. (ölkə.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR