Azərbaycanda AĞIR QƏZA: Ölənlər və yaralananlar var

Azərbaycanda AĞIR QƏZA: Ölənlər və yaralananlar var
21:23 1 Mart 2020
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə baş verən yol qəzasında 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, qəza zamanı 1983-cü il təvəllüdlü Bakı sakini Hüseynov Səbuhi Tahir oğlu ağır bədən xəsarətləri alıb. Qəza zamanı Bakı sakinləri – 2007-ci il təvəllüdlü Hüseynov Ayxan Səbuhi oğlu və 1983-cü il təvəllüdlü Mətləb Yusifov dünyasını dəyişib.

Qəza zamanı xəsarət alan digər 2 nəfərin vəziyyəti normaldır.

Qeyd edək ki, hadisə Sığırlı kəndində baş verib. “Toyota” Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

***20:20

Kürdəmirdə xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, “Toyota” Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla, beş nəfər müxtəlif növ bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb.

Fakt araşdırılır.//Report.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/306553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR