100 min miqrant Türkiyə sərhədini keçdi

Türkiyənin Avropaya getmək istəyən miqrantlar üçün qapıları açmasından sonra keçən iki gün ərzində bu ölkədən ayrılanların sayı 76 min nəfəri ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib.

“Saat 09:55-ə əsasən (Bakı vaxtı ilə 10:55) Ədirnə vasitəsilə ölkədən çıxanların sayı 76 min 358 nəfər olub”, - Soylu bildirib.

Qeyd edək ki, dünən gecə saatlarında ölkədən çıxan miqrantların sayı 47 min 113 nəfər idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR