Bakıda yanacaq daşıyan maşın aşdı -

Bakıda Heydər Əliyev prospektində yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, Heydər Əliyev mərkəzi yaxınlığında körpünün altında yük maşını aşıb.

Hadisə zamanı yanacaq daşıyan maşın aşıb. Qəzadan sonra yanacaq yola tökülüb və maşınların hərəkətində problem yaradıb.

Hazırda şəhər istiqamətində həmin hissəyədək sıxlıq müşahidə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR