FHN əməkdaşları çempionatda qalib oldu

FHN əməkdaşları çempionatda qalib oldu
12:13 2 Mart 2020
131 İdman
Ölkə mətbuatı
A- A+

FHN-in əməkdaşı üzgüçülük üzrə Açıq Respublika Qış çempionatında qalib gəlib.

Publika.az xəbər verir ki, 27-29 fevral 2020-ci il tarixlərində Su idman sarayında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Açıq Respublika Qış çempionatı keçirilib.

Yarışda 3 ölkədən - Azərbaycan, Rusiya və Gürcüstandan olan 200-ə yaxın idmançı öz qüvvəsini sınayıb. FHN-in İdman-sağlamlıq mərkəzinin əməkdaşı İdman-təlim şöbəsinin inspektoru Boris Kirillov yüksək nəticə göstərərək kişilər arasında 50 metrə arxası üstə üzmədə 1-ci yer və 50 metrə sərbəst üzmədə 3-cü yerə layiq görülüb. Qalibə Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomu təqdim olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/306596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR