Sabunçu rayonunda yük maşınına çırpılan minik avtomobilin sürücüsü ölüb

Sabunçu rayonunda yük maşınına çırpılan minik avtomobilin sürücüsü ölüb
10:33 25 Dekabr 2014
72 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 09:56 ]

Bakı. Fərahim Qasımov - APA. Sabunçu rayonunda minik avtomobili ilə yük maşını toqquşub.

 

APA-nın məlumatına görə, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

 

25 yaşlı Elnur Kərimov idarə etdiyi "Chevrolet" markalı avtomobili "ZİL"ə çırpıb. Zərbənin təsirindən "Chevrolet"in sürücüsü Elnur Kərimov ağır bədən xəsarətləri alıb. O, təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılsa da, əməliyyat otağına aparılarkən dünyasının dəyişib.


Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR