“Həmcinslərin öpüşdüyünü görəndə xoşbəxt oluram”

“Həmcinslərin öpüşdüyünü görəndə xoşbəxt oluram”
15:46 17 Yanvar 2015
165 Şou
Ölkə mətbuatı
A- A+

Qeyri-adi səhnə şouları, geyimi və imici ilə tanınan amerikalı müğənni Mayli Sayrus “Hürriyət”ə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, QİÇS-lə mübarizə kampaniyasına qoşulan 22 yaşlı müğənni bu mövzuda “Fanatlarım valideynlərinə yox, mənə qulaq asırlar. Çünki aramızda utanılacaq bir şey qalmayıb” deyib.
Mayli müstəqil olmağı çox sevdiyini söyləyib:

“Sərbəst olmaq mənim üçün çox önəmlidir. Konsertlərimdə həmcinslərin öpüşə biləcəyini deyirəm. Kişilərin kişiləri, qadınların isə qadınları öpdüyünü görəndə xoşbəxt oluram. Hər gün bir nəfərin özünü sərbəst hiss etməsinə səbəb oluramsa, bu, mənim üçün xoşdur. Qızlar və oğlanlar yanıma gəlib “sənin sayəndə homoseksual olduğumu qəbul etdim” deyirlər. Bu, mənim üçün önəmlidir. Homoseksuallar çox sadiq olurlar. Bunu bütün karyeram boyunca hiss etmişəm”.

Mayli romantik kişiləri xoşlamadığını deyib: “Kişilərin mənim xoşuma gəlmək üçün əldən-ayaqdan getdiklərini görməyi sevmirəm. Məni şam yeməyinə bahalı restoranlara aparmağa da ehtiyac yoxdur. Evdə sevişək, bəsdir. Heç bir münasibətim mənim üçün musiqidən önəmli deyil. Sənətimi çox sevirəm”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25244

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR