“Regional İnkişaf” İctimai Birliyinin təsis edilməsindən 4 il ötür

“Regional İnkişaf” İctimai Birliyinin təsis edilməsindən 4 il ötür
13:57 2 Mart 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təsis edilməsinin ildönümüdür.
“Report” xəbər verir ki, RİİB-in 4 ili tamam olur.
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən 2016-cı ilin martın 2-də “Regional İnkişaf” İctimai Birliyi təsis olunub.
RİİB fəaliyyətə başlayandan onlarla layihə həyata keçirib.
RİİB-in başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir.
Qurum həmçinin vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun qurulması, ictimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində də fəaliyyət göstərir.
RİİB eyni zamanda regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud olan gənclərin dünya görüşlərinin və praktiki biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə imkanlar yaradılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək məqsədilə layihələr həyata keçirməyi, əhalinin həyat səviyyəsinin öyrənilməsi, təhlili, eləcə də əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsini qarşıya məqsəd qoyub.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/regional-i-nkisaf-i-ctimai-birliyinin-tesis-edilmesinin-4-ili-tamam

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR