Energetika naziri Salyanda vətəndaşları qəbul edib

Energetika naziri Salyanda vətəndaşları qəbul edib
14:07 2 Mart 2020
62 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Energetika naziri Pərviz Şahbazov Salyan rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbuldan əvvəl nazir Salyan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyaraq xatirəsinə dərin ehtiramını bildirib.
Qəbul zamanı vətəndaşlar elektrik enerjisi təchizatı, elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi, elektrik qurğu və avadanlıqların istismara yararsız olması, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciəti dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaş qəbulu zamanı Sabirabad rayonu və Gəncə şəhərindən qəbula gələn vətəndaşların da müraciətləri dinlənilib və onların həlli üçün lazımi göstərişlər verilib.
Qəbulda 8 vətəndaşın müraciətinə baxılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/energetika-naziri-salyanda-vetendaslari-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR