"Bahar qalxanı" dünya mediasının gündəmində:

Türk ordusunun Bəşər Əsəd rejiminə qarşı başlatdığı "Bahar qalxanı" hərəkatı dünya mediasının da gündəmindədir.

Metbuat.az xəbər verir ki, İngiltərənin "The Guardian" qəzeti məsələ ilə bağlı verdiyi məlumatda Əsəd rejiminə aid 2 hərbi təyyarənin Türkiyə tərəfindən vurulmasına geniş yer verib. Əsədin 8 ildir davam edən müharibədə ilk dəfədir bir gündə 2 təyyarəsini itirdiyinə diqqət çəkilən xəbərdə həmçinin qeyd edilib:

"Türkiyə Suriya birlikləri və müttəfiqlərinə qarşı hücumlarını artırdı. İki təyyarə ilə birliktə aralarında tanklar və radar sistemlərinin də olduğu onlarla zirehli maşının məhv edilməsi ilə rejimin İdlib bölgəsindəki hücumları dayandırılmış oldu".

Qeyd edək ki, Türkiyə 34 şəhid verdikdən sonra dünən əsəd rejiminə aid 2 rusistehsalı təyyarəni düşürüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR