x
Loading...

İspaniyada Qarabağ İdman Klubunun açılışı oldu - VİDEO - FOTO

İspaniyada Qarabağ İdman Klubunun açılışı oldu - VİDEO - FOTO
14:32 2 Mart 2020
141 İdman
Ölkə mətbuatı
A- A+

Bu günlərdə İspaniya çempionu Şamo Eyvazovun "Qarabağ" İdman Klubunun açılış mərasimi olub.

Bu barədə Milli.Az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

"Şamo Eyvazov neçə illərdir ki, İspaniyada yaşayır. İspaniyanın tanınmış peşəkar idmançılarındandır. Onun İspaniya idman camiyəsində kifayət qədər böyük nüfuzu var.  Klubun açılış mərasimində İspaniyanın tanınmış idman simaları, peşəkar idmançılar, soydaşlarımız iştirak ediblər. Klub həm də Qarabağ həqiqətlərinin təbliğinə xüsusi diqqət ayıracaq".

Ş.Eyvazov 20 aprel 1992-ci ildə Neftçala rayonu Qaçaqkənd kəndində anadan olub. 2009-cu ildə həmin kənddə Nəriman Bəşirov adına tam orta məktəbi bitirib. 10 ildən çoxdur ki, ailəsi ilə birlikdə İspaniya Kantabriya vilayətinin Torrelaveqa şəhərində yaşayır.

Şamo bu günə qədər 64 döyüş keçirib. Onun 51-i qələbə ilə başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/830362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR