"Yumruq kimi olduğumuz müddətdə kürəyimizi yerə vuracaq heç bir güc yoxdur" -

"Yumruq kimi bir arada olduğumuz müddətdə bu ölkənin kürəyini yerə vuracaq heç bir güc yoxdur. Türkiyənin Suriyada apardığı mübarizənin vətən torpaqları və müstəqilliyimizi qorumaq uğrunda mübarizə olduğunu bir daha göstərmiş olduq".

Metbuat.az xəbər verir ki, bu sözləri Suriyadakı mövcud vəziyyətlə bağlı açıqlamalar verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Suriyalı miqrantlarla bağlı danışan Ərdoğan qeyd edib:

"1,5 milyon miqrantı sərhədlərimizə çəkməklə bizə bir yük daha yükləmək istəyirlər. Aylar əvvəl əgər bu yük paylaşımına Qərb də şərik olmasa qapıları açacağımızı demişdik, amma ciddiyə almadılar. İndi qapıları açdıq, zəng üstünə zənglər gəlir. Qapıları bağlayın deyirlər. Amma artıq bitdi bu iş. Siz də bu yükdən payınızı alacaqsınız.

Bu axşam Bolqarıstan prezidenti ilə görüşəcəyik. Həmçinin Merkel ilə telefon görüşməmiz olacaq. Martın 5-də isə Moskvaya gedərək cənab Putinlə bu məsələləri müzakirə edəcəyik".

Mənbə: Anadolu Agentliyi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR