Hərbi Prokurorluq Qazaxda erməni təxribatı ilə bağlı cinayət işi başladı - FOTO

Hərbi Prokurorluq Qazaxda erməni təxribatı ilə bağlı cinayət işi başladı - FOTO
16:12 2 Mart 2020
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Hərbi Prokurorluğu Qazaxda erməni hərbi birləşmələrinin təxribatı ilə bağlı məlumat yayıb.

Milli.Az-a daxil olan məlumatda bildirilir ki, son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərə­fin­dən müxtəlif isti­qa­mət­lərdən atəşkəs rejiminin mütəmadi və kobud şəkil­də davamlı olaraq pozulması halları intensivləşib.

2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində ER silahlı qüvvələrinin Noyem­beryan rayonunun Koti kəndi yaxınlığında yer­lə­şən bölmələrindən Qazax rayo­nunun Quşçu Ayrım kəndi istiqa­mətin­dəki Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş məntə­qəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi döyüş itkiləri vermiş düşmən ge­ri çəkilməyə məcbur olub. Düşmənin diversiya qrupunun qumba­raatan və digər iri­çaplı silahların tətbiqi ilə baş ve­rən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəman­casına şəhid olub. Azərbaycanın beynəl­xalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sər­­həd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cina­yətin məsuliyyəti Er­mənis­tan tərəfinin üzərindədir.

Hadisənin baş verdiyi sərhəd döyüş məntəqəsinin yaxın­lığında düşmənin silahlı basqın zamanı istifadə etdiyi və geri qaçdığı zaman ərazidə atmaq məcburiyyətində qaldığı PK mar­kalı pulemyot üçün 100 gülləlik lent, bir ədəd partlamamış RQ-42 əl qumbarası, 66 ədəd 7,62 mm-lik giliz, kəşfiyyat-diverisya qrupu üzvlərinin ərzaq çantası (içərisində konservlər, fərdi su ehtiyatı, çörək məmulatları) aşkar olunub.

Fakt üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12, 29,120.2.4, 29,120.2.7 və 29,120.2.12-ci maddələri ilə cinayət işi baş­lanılaraq prosessual hərə­kət­lər həyata keçirilməklə düşmənin diversiya qrupunun hərbi qulluq­çularımızı qəsdən öldürmək və döyüş postumuzu ələ keçirmək məqsədi ilə hücuma keçərək təxribat törətməsi müəyyən olunmuş və hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Düşmənin silahlı təxribatının qarşısını alarkən fərqlənmiş sərhəd­çilər Dövlət Sərhəd Xidməti rəisinin əmrləri ilə medal, qiymətli hədiyyə və fəxri fərmanlar ilə təltif­lən­diriliblər. Qəhrəmancasına həlak olmuş əsgər Vəliyev İbrahim Ələmşah oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınan və bu cəhd­lər za­manı ciddi döyüş itkiləri verən Ermənistan Silahlı Qüvvə­lərinin böl­mə­ləri təmas xəttində təxribat xarakterli əməllərini davam etdirirlər. 01 mart tarixində DSX-nin Sərhəd Qoşunlarının "Qa­zax" əlahiddə dərhəd diviziyasının Qazax rayonunun Xanlıqlar və Quş­çu Ayrım kəndləri yaxınlığında yerləşən sərhəd döyüş məntəqə­lə­ri iri çaplı silahlardan intensiv atəşə tutulub, cavab atəşi ilə düşmə­nin döyüş mövqeləri susdurulub.

Bildiririk ki, Ermənistan tərəfinin təmas xəttində təxribat xarakterli bütün əməl­lərinin qarşısının alınması və törədilmiş hər bir cinayətə görə təqsiri olan şəxs­lə­rin cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılması üçün bütün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/830421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR