Tacikistan 35 ölkənin vətəndaşlarına ölkəyə girişi qadağan edir

Tacikistan 35 ölkənin vətəndaşlarına ölkəyə girişi qadağan edir
10:22 3 Mart 2020
145 Dünya
Ölkə mətbuatı
A- A+

Tacikistan dünyada yeni növ COVID-19 koronavirusunun yayılması səbəbindən 35 ölkənin vətəndaşları üçün ölkəyə girişi qadağan edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə teleqramı Tacikistanın Mülki Aviasiya Agentli yerli və xarici aviaşirkətlərə göndərib.

Agentliyinin rəhbərinin müavini Əziz Nəbizoda bildirib ki, bu barədə turizm şirkətlərinə də xəbərdarlıq edilib.

Onun sözlərinə görə, bir sıra ölkələrin vətəndaşları üçün Tacikistana girişin qadağan edilməsi ölkədə koronavirusun yayılmasının qarşısını almağa və vətəndaşların təhlükəsizliyini təmin etməyə yönəlib.

Vətəndaşlarının Tacikistana girişinə müvəqqəti qadağa qoyulan ölkələrin siyahısı: Çin, Yaponiya, Cənubi Koreya, Vyetnam, Sinqapur, Avstraliya, Malayziya, Kamboca, Filippin, Tailand, Nepal, Şri-Lanka, Hindistan, Finlandiya, İtaliya, Böyük Britaniya, İspaniya, İsveç, Belçika, İsrail, Avstriya, Xosvatiya, İsveçrə, ABŞ, Kanada, BƏƏ, Misir, İran, Livan, Küveyt, Bəhreyn, Oman, Əfqanıstan, İraq və Əlcəzair.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/830521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR