Rusiyada tutulan azərbaycanlı

Rusiyada tutulan azərbaycanlı
15:51 17 Yanvar 2015
132 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Kamçatka vilayətində üzərində qanunsuz süngü tapılmış Azərbaycan vətəndaşı tutulub.

ANS PRESS-in məlumatına görə, əslən Zaqatala rayonunun Muxax kəndirin sakini olan və Petropavlovsk şəhərində yaşayan 28 yaşlı gənc vilayətdən SSRİ hərbi-dəniz qüvvələrinə məxsus süngünü çıxarmaq istəyir. Ona qarşı qanunsuz silah dövriyyəsi ittihamı ilə cinayət işi qaldırılıb.

İstintaqa ifadə verən gənc bildirib ki, süngünü Petropavlovskda küçədə tapıb. O, süngünü atasına hədiyyə etmək istəyib. Buna görə də, onu Azərbaycana gəlmək üçün Moskvaya getmək istəyən tanışına verib. Süngü hava limanında ələ keçib.

Bu həftə keçirilmiş məhkəmədə azərbaycanlı gənc günahını etiraf edib və məhkəmə ona cəza olaraq 30 min rubl cərimə kəsib.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR