Göyçayda cücə yetişdirmə sexində yanğın olub, 5300 cücə tələf olub

Göyçayda cücə yetişdirmə sexində yanğın baş verib.

Metbuat.az xəbər verir ki, hadisə bu gün saat 9:00 radələrində rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb. Sahibkar, 1947-ci il təvəllüdlü Süleymanov Pünhan Nadirxan oğluna məxsus ümumi sahəsi 221 kvadratmetr olan cücə yetişdirmə sexində baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı sexin 90 kvadratmetrlik hissəsi yanıb. Yanğın nəticəsində 5300 cücə tüstüdən boğularaq tələf olub, 5200 cücə xilas edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (apa.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR