Bakıda avtobusda cibgirlik edən şəxs saxlanıldı

Bakıda avtobusda cibgirlik hadisəsi baş verib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də xətt avtobusunda Bakı şəhər sakini M.Tarverdiyevin cibindən 1 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini A. Məmmədov tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR