Azərbaycanlı müğənni bahalı maşınının qarşısında ata olacağını elan etdi - FOTO

Azərbaycanlı müğənni bahalı maşınının qarşısında ata olacağını elan etdi - FOTO
13:47 3 Mart 2020
256 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Elman Zeynalov iki xəbərin sevincini yaşayır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi sosial şəbəkədə ata olmağa hazırlaşdığını bildirib.

Koreyalı model Marqarita Soyla evlənən Elman "Ata olacam. Həyat yoldaşımı dəlicəsinə sevirəm. Xoşbəxtəm" yazıb.

27 yaşlı sənətçinin həyat yoldaşı M.Soy Moskvada gözəllik mərkəzlərindən birinin sahibəsidir. Onlar ötən il ailə qurublar.

Müğənninin elan etdiyi ikinci xəbər isə xəyalında olan avtomobili alması ilə bağlı olub. Elman "Porsche 911 Carrera S" maşınını özünə hədiyyə edib.

Qeyd edək ki, sözügedən avtomobilin Rusiyada qiyməti 7 milyon 222 min rubldır (Təxminən, 185 min manat).

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/830593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR