Kanal S rəqəmsal yayımda

Kanal S rəqəmsal yayımda
15:52 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"KANAL S" ( Region TV) xəbər verir ki, hazırda ölkə ərazisində analoq və rəqəmsal yayım paralel şəkildə aparılır.   Bir neçə ildir ki, Zaqatalada rəqəmsal və analoq yayım paralel şəkildə həyata keçirilir. Artıq "Kanal S" də rəqəmsal yayımla yüksək keyfiyyətlə izlənə biləcək. Zaqatalanın ən ucqar kəndlərində belə "Kanal S" heç bir siqnal itkisi olmadan         yayımlanacaq. Analoq yayımın tamamilə dayandırılacağı təqdirdə  əhali rəqəmsal yaymı dəstəkləyən televizorlardan istifadə edə və ya dekoderlər vasitəsilə adi televizorlardan yararlana bilər. 

Qeyd edək ki, rəqəmsal yayım tezlikdən səmərəli istifadəyə, təsvirin keyfiyyətinin yaxşılaşdırılmasına,  istifadə olunan ötürücülərin azaldılması şəklində enerjiyə qənaət olunmasına imkan yaradacaq.

"Kanal S"in efirinin parametrləri isə dəyişməyəcək. Şəki şəhərində 51, Təpəcənnətdə 54, Zaqatalada  21-ci, İsmayıllıda isə 59-cu kanalda yayımlanacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/319611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR