Zoopark yenidənqurmadan sonra belə olacaq - FOTO

Zoopark yenidənqurmadan sonra belə olacaq - FOTO
15:43 3 Mart 2020
106 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı heyvanxanasının yenidənqurma işləri başa çatandan sonrakı təsvirini əks etdirən şəkillər dərc olunub.

“ArchiCo” şirkəti tərəfindən həyata keçirilən yenidənqurma layihəsinə 2018-ci ildə İDEA ictimai birliyinin dəstəyi ilə başlanılıb.

Heyvanxananın yenidən qurulmasının təşəbbüskarı İDEA rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Ərazisi 2,25 hektardan 4,25 hektaradək genişləndiriləcək heyvanxanada əvvəlki darısqal qəfəslər daha genişləri ilə əvəzlənir. Burada saxlama şəraiti Avropa Heyvanxanalar və Akvariumlar Assosiasiyasının (EAZA) standartlarına uyğunlaşdırılacaq. Bundan əlavə, heyvanxana ərazisində baytarlıq klinikası da fəaliyyət göstərəcək.

Heyvanxanada balıqlar və amfibiyalar üçün yeni akvaterrarium da yaradılacaq.

Həmçinin azyaşlı uşaqlar üçün burada ev heyvanlarının saxlanıldığı guşə (Pet Farm) və Kəpənəklər Evi də fəaliyyətdə olacaq. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/foto/306723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR