ABŞ-da qasırğa nəticəsində ölənlər var

ABŞ-da qasırğa nəticəsində ölənlər var
17:37 3 Mart 2020
23 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Tenessi ştatının Naşvill şəhəri yaxınlığında ötən gecə tornado nəticəsində 6 nəfər ölüb.
“Report” CNN-ə istinadən xəbər verir ki, bütövlükdə ştat ərazisində ölənlər azı 8 nəfərdir.
Naşvill Yanğın Departamentinin məlumatına görə, təbii fəlakət nəticəsində 40-dək binanın dağıldığı, dağıntılar altında qalanların olduğu bildirilir. Şəhər ərazi xəstəxanasına 20-dək sakinin yerləşdirildiyi bildirilir.
Həmçinin elektrik xətlərinin sıradan çıxması üzündən 44 mindən artıq əhali işıqsız qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-qasirga-neticesinde-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR