Microsoft şirkəti bu ölkəyə 1,1 milyard dollarlıq yatırım edəcək

Microsoft şirkəti bu ölkəyə 1,1 milyard dollarlıq yatırım edəcək
22:22 3 Mart 2020
Ölkə mətbuatı
A- A+

Microsoft şirkətinin nümayəndələri Meksika ölkəsinə 1,1 milyard dollarlıq yatırım edəcəklərini bildiriblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, yatırımın əsas məqsədi sözügedən ölkədə rəqəmsal bulud regionunu yaratmaqdır.

Şirkətdən qeyd olunub ki, yaradılacaq xidmətlər yerli şirkətlərə, təşkilatlara və Microsoft Azure, Office 365, Dynamics 365 və Power Platform istifadəçilərinə təqdim olunacaq.

Layihənin reallaşması Microsoft şirkətinə qlobal bulud infrastrukturunu 57 region və 22 ölkədə tətbiqinə imkan yaradacaq. Layihədə dövlət universitetləri ilə IT laboratoriyalar və virtual siniflərin yaradılması da yer alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/829322.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR