Azərbaycanda bu kəndin küçələri günəş enerjisi ilə işıqlandırılır - VİDEO - FOTO

Azərbaycanda bu kəndin küçələri günəş enerjisi ilə işıqlandırılır - VİDEO - FOTO
04:32 4 Mart 2020
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Qubanın Rustov kəndinin küçə işıqlandırılması üçün günəş enerjisindən istifadə olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kəndin əsas küçəsinin işıqlandırılması üçün 20 günəş paneli quraşdırılıb. Artıq 4 ildir kəndin əsas küçəsi alternativ enerji hesabına işıqlandırılır.

Quba Rayon İcra Hakimiyyətinin Rustov inzibati ərazi dairəsi üzrə nümayəndəsi Behbud Rəhimov bildrib ki, 2016-cı ildə yerli icma tərəfindən qeyri-hökumət təşkilatlarının dəstəyi ilə reallaşdırılan layihədən kəndin 1600 nəfərdən çox sakini faydalanır.

"Axşam qaranlıq düşən kimi küçədə 30-a yaxın işıq avtomatik yanır. Səhər də heç kimin müdaxiləsi olmadan sönür. Çox ideal qurğudur. Buradan bir neçə kəndin sakinləri də keçir. Gecə saatlarında küçənin işıqlandırılması avtomobil qəzalarının da qarşısını alır. Ən əsası elektrik enerjisinə görə xərcimiz yoxdur", - deyə Behbud Rəhimov söyləyib.

Panellər quraşdırılarkən ərazinin relyefi və günəşin düşmə bucağı düzgün hesablanmalıdır. Günəş enerjisisi hesabına davamlı elektriklə təmin olunan sistem, elektrik enerjisinə xərcləri azaltmaqla yanaşı, ətraf mühitə də müsbət təsir edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/830651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR