Bayden dörd ştatda praymerizin qalibi oldu

Bayden dörd ştatda praymerizin qalibi oldu
07:27 4 Mart 2020
49 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden qarşıdan gələn prezident seçkiləri üzrə Demokratlar Partiyasının Virciniya praymerizinin qalibi olub.
“Report” xəbər verir ki, dairələrin 99%-nin nəticələrinə görə, Bayden seçicilərin 54,4%-nin səsini qazanıb.
İkinci yerdə 23% səslə senator Berni Sander qərarlaşıb. Digər demokratların heç biri 15% səs toplaya bilməyib.
ABŞ-ın aparıcı KİV-lərinin, o cümlədən CNN, ABC, NBC və The New York Times-ın proqnozlarına görə, Bayden Şimali Karolina, Alabama və Tennessi ştatında qalib gəlir. Medianın hesablamalarına görə, Bayden 30% -dən çox səs toplayıb. Rəsmi məlumat bir müddət sonra açıqlanacaq. 
Bundan öncə ABŞ-ın keçmiş vitse-prezident Co Bayden qarşıdan gələn prezident seçkiləri üzrə Demokratlar Partiyasının Cənubi Karolina praymerizinin qalibi olub.
Qeyd edək ki, 2008-ci və 2016-cı illərdən fərqli olaraq bu dəfə Demokratlar Partiyası seçicilərə daha geniş seçim imkanı təqdim edib. Ona görə də bu il üst-üstə düşdüyü “od çərşənbəsi” ilə mahiyyətcə də bənzər tərəfləri olan “superçərşənbə”dən sonra qələbə ehtimalının az olduğu ortaya çıxan namizədlər yarışdan çəkilə bilər. 
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bayden-dord-statda-praymerizin-qalibi-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR