Ordumuz kazarmaları tərk etdi, cəbhə boyunca... - İrəvan TƏŞVİŞ İÇİNDƏ

Ordumuz kazarmaları tərk etdi, cəbhə boyunca... - İrəvan TƏŞVİŞ İÇİNDƏ
09:03 4 Mart 2020
92 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərə başlaması Ermənistanda narahatlıqla izlənilir.

Publika.az
xəbər verir ki, Ermənistanda Azərbaycanın Yaxın Şərqdə pisləşən vəziyyət fonunda əraziləri azad etmək üçün anti-terror əməliyyatlarına başlaya biləcəyindən qorxurlar.

Erməni ekspert Van Hambartsumyan bildirib ki, Azərbaycan Ordusunun təlimlərə başlamasından sonra erməni hərbi birləşmələri birinci dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilməlidir.

“Azərbaycan Türkiyə-Rusiya münasibətlərindən, ümumilikdə Yaxın Şərqdəki vəziyyətdən yararlana bilər. Azərbaycan hərbi təlimlər vasitəsilə cəbhəyə və sərhədə qüvvələr cəmləyə bilər. Buna görə də Ermənistan cəbhə xəttinə və sərhədə əlavə qüvvə toplamalıdır”.

Bütün müharibələrin təlim səfərbərliyi ilə başladığını xatırladan erməni ekspert Azərbaycan Ordusunun təlimlərində “Polonez” kimi uzunmənzilli silahların iştirakına diqqət çəkib.

İddia edib ki, hər an hər şey ola bilər, bu baxımdan, erməni ordusu 1 nömrəli hazırlıq vəziyyətinə gətirilməlidir.

Qeyd edək ki, 1 nömrəli hazırlıq vəziyyəti müharibə vaxtı olur. Ermənistan mediasında və ekspert cameəsində belə təkliflərin ictimaiyyətləşdirilməsi, işğalçı ölkənin cəbhədə və sərhəddə yeni təxribatlarına hazırlıq məqsədindən də qaynaqlana bilər. Ötən ay Ermənistanın cəbhədə və dövlət sərhədində təxribatlara əl atması da bu ehtimalı gücləndirir.

Maraqlıdır ki, V. Hambartsumyan ordunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə yanaşı, Ermənistanda mitinqlərin dayandırılmasını və bütün daxili siyasi çəkişmələrin təxirə salınması təklifini də irəli sürüb.

“Yəqin ki, Ermənistan hakimiyyəti referendumu təxirə salmalıdır”, - ekspert bildirib.

Asif



Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/306780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR