Qızı ilə evlənən, oğlunun nənəsi olan professorun qeyri-adi hekayəsi -

Bu hekayə iki qadın arasında keçən, qəribə bir "sevgi hekayəsi"dir. Fillis lezbiyan partnyoru Lillian tərəfindən övladlığa götürülmüşdü, bu həmin qeyri-adi hekayənin sadəcə kiçik bir detalıdır.

Metbuat.az xəbər verir ki, 1971-ci ildə, feminizmin ilk illərində Kaliforniya Əyalət Universiteti professoru Lillian Federmen tələbələrə dərs proqramı hazırlamaq üçün Fillis İrvin ilə ilk dəfə rastlaşır. Bu təxminən yarım əsr davam edəcək "eşq hekayəsi"nin başlanğıcı olur.

Lillian və Fillis bir-birlərini tanıdıqlarında ABŞ-ın demək olar ki, hər yerində LGBT üzvlərinə qarşı olar qanunlar var idi. Bu əyalətlərə Kaliforniya da daxil idi. Qanuni əngəllərə baxmayaraq cütlük ailə qurmaq istəyir. O dönəm 40 yaşlarının sonunda olan Fillis qanun evliliyi qadağan etdiyi üçün çarəsiz qalaraq Lillianı qanuni olaraq övladlığa götürür və görülməmiş bir vəziyyət ortaya çıxmış olur.

2008-ci ildə Kaliforniyada homoseksualların evliliyi qanuniləşdirilir və Fillis "qızı" Lillian ilə evlənir. Münasibətlərinin ilk illərindən danışan Fillis belə deyir:

"Kaliforniya Universitetində iş yoldaşlarımız qısa müddətdə aramızdakı münasibəti anladılar. İşdə davamlı olaraq bir yerdə olduğumuz üçün ikimizə "Fillis" ya da "Lilis" deyə səslənirdilər. Lezbiyanlığın tarixi haqqında kitablar yayınlamağa başladığımda hər kəs bizim homoseksual cütlük olduğumuzu başa düşdü".

Cütlük 1974-cü ildə uşaq sahibi olmaq qərarı verir. Fillisdən 11 yaş kiçik olan Lillian uşaq sahibi olmaq üçün bir həkimə müraciət edir. Lakin, Lillian qanuni olaraq evli sayılmırdı, buna görə də, həkim süni mayalanma metoduna etiraz edir, sonra isə 34 yaşında olan Lillian həkimi razı salmağı bacarır.

Proses uğurlu bir şəkildə başa çatır. 1975-ci ildə cütlüyüm Avrom adlı oğlu dünyaya gəlir.

Avrom doğulduqdan sonra cütlüyün önünə bir çox qanuni problemlər çıxmağa başlayır. Məsələn, uşağı həkimə apardıqda Lillianın uşağın qanuni valideyni olmadığı üzə çıxırdı.

O dövlərdə eyni cinsə sahib olanların süni mayalanma ilə uşaq sahibi olması qanunla qadağan edilmişdi. Hər kəs Fillis və Lillianı ana-qız olaraq tanıdığından, Avromu da Fillisin nəvəsi olaraq tanımağa başladılar.

Hal-hazırda 45 yaşında olan Avrom da Fillisi nənəsi olaraq görməyə başlayır, ona "Fillis nənə" deyə səslənir. Qanunların bir neçə dəfə dəyişməsinə baxmayaraq, Fİllis və Lillian "evlənmiş ana-qız" olaraq qalmaqda davam edirlər.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR