"Qarabağ" azarkeşlərinə şad xəbər!

"Qarabağ" azarkeşlərinə şad xəbər!
15:56 17 Yanvar 2015
150 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"la Türkiyənin "Eskişəhərspor" klubu arasında aparılan transfer danışıqları başa çatıb. Fanat.az хəbər verir ki, tərəflər Muarem Muaremin transferində anlaşa bilməyib.

"Eskişəhərspor" makedoniyalı futbolçu üçün "Qarabağ"a 100-150 min dollarlıq təklif irəli sürüb. Lakin "Qarabağ" bu məbləğlə razı deyil və daha çoх pul istəyir.

Üstəlik, "Eskişəhərspor" təklif etdiyi məbləği birbaşa ödəmək niyyətində deyil. Bank təminatı təqdim edən türklər məbləği hissə-hissə ödəmək istəyirlər. Təbii ki, "Qarabağ" bununla razılaşmayıb və razılaşdırılacaq məbləğin birbaşa bank hesabına ödənilməsini tələb edir.

Tərəflər anlaşa bilmədiyindən Muaremin "Qarabağ"da qalacağı dəqiqləşib. Çoх az bir ehtimal var ki, transfer yenidən gündəmə gəlsin. Belə ki, bu gün klublar arasındakı danışıqlar prosesində son gündür. Ola bilər, "Eskişəhərspor" yeni təklif irəli sürsün.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=320292

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR