Yunan polisi müsəlmanların başına oyun açdı

Yunan polisi müsəlmanların başına oyun açdı
13:58 4 Mart 2020
85 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyəyə köç etmək məcburiyyətində qalan suriyalı qaçqınlar Avropaya getmək üçün yola çıxıb.

Publika.az xəbər verir ki, Ədirnə qapısından Yunanıstana keçmək istəyən miqrantlar yunan polisinin sərt müdaxiləsinə məruz qalıb.

Güc strukturları miqrantlara odlu silahlarla atəş açıb, qaz bombaları atıb. Polis sərhədi keçmək istəyənləri su şırnaqları ilə geri oturtmağa çalışır. İnsident zamanı yaralananlar olub. Bölgəyə təcili tibbi yardım göndərilib.

Ədirnənin Bazarqüllə sərhəd qapısına gedən yolun 1 km-lik hissəsi bağlanıb. Qaçqınlardan başqa kimsə məntəqəyə buraxılmır. Jurnalistlərin miqrantların olduğu bölgəyə girişinə icazə verilmir.

Qeyd edək ki, suriyalı miqrantlar Meriç çayından rezin qayıqlarla üzərək yunan adalarına keçir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/306821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR