Mobil operatorların işi yoxlanılacaq (VİDEO)

Mobil operatorların işi yoxlanılacaq (VİDEO)
16:01 17 Yanvar 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Tezliklə ölkədə fəaliyyət göstərən mobil rabitə operatorların göstərdiyi xidmətlərin keyfiyyətinin yoxlanılmasına başlanılacaq.

ANS TV-nin məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün keçirilən kollegiya iclasında məlumat verib. O bildirib ki, yoxlamalar əsasən danışıqlar zamanı kəsilmələr və ən əsası rominq qiymətlərinin yüksək olması ilə əlaqədar aparılır. Nazir araşdırmaların nəticəsindən asılı olaraq atılacaq addımları açıqlayıb.

Naziri Əli Abbasov monitorinqlərin beynəlxalq standartlar zəmnində aparılacağını deyir. O mobil operatorlarda üzə çıxan nasazlıqlar üçün cərimələnəcəklərini bildirdi. Cərimələnən mobil operatorda gələcəkdə lisenziyaların verilməsində və yeni imkanların yaradılmasında tənzimlənəcəyi orqan kimi bu nəzərə alınacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=320290

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR