Novxanı sakinindən marixuana götürüldü

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini Ə.Qurbanov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Qurbanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 40 qram marixuana aşkar edilərək götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR