İranın zənginləşdirilmiş uran ehtiyatı bir tona çatıb

İranın zənginləşdirilmiş uran ehtiyatı bir tona çatıb
21:52 4 Mart 2020
162 Dünya
Ölkə mətbuatı
A- A+

İran nüvə anlaşmasından (Hərtərəfli Birgə Fəaliyyət Planı) tədricən çıxması ilə bağlı tempi artırıb və bu ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının həcmi 1020 kiloqrama çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) verib. Almaniyanın dpa agentliyinin əldə etdiyi məlumata əsasən, İranda uran ehtiyatı ötən ilin BAEA-nın hesabatı ilə müqayisədə üç dəfə artıb.

Bundan başqa, Tehran BAEA müfəttişlərinin iki nüvə məntəqəsində yoxlama aparmasına icazə verməyib. BAEA rəhbəri Rafael Qrossi İranı nüvə agentliyi ilə əməkdaşlığı tam şəkildə bərpa etməyə çağırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/830914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR