Diqqətli olun! Bu avtomobillərin yanacaq sistemində nasazlıq var - SİYAHI

Yaponiyanın "Toyota" şirkəti 1,2 milyon avtomobilini geri çağırır.

Metbuat.az xəbər verir ki, buna səbəb nəqliyyat vasitələrinin yanacaq sistemlərində texniki nasazlığın olmasıdır. Məlumata görə, bu nasazlıq avtomobilin öz-özünə dayanmasına səbəb olur. Geri çağırılan avtomobillər 2018-2019-cu il "Avalon", "Camry", "Corolla", "Tacoma", "Highlander", "Sequoia", "Tundra" və 2019-cu il "Lexus"un müxtəlif modellərini əhatə edir. Məlumata görə, texniki nasazlığın olduğu avtomobillərin hamısı ABŞ bazarında satılıb.

Lakin avtomobilllərin təkrar satış bazarında alınaraq Avropaya o cümlədən digər qitələrə gətirildiyi istisna edilmir. Bildirilib ki, şirkət avtomobilləri öz hesabına təmir edəcək. Məsələ ilə bağlı avtomobil sahibləri ilə danışıqlar aparılır.(Publika.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR