Yevlaxda koronavirus əleyhinə dezinfeksiya

Yevlaxda koronavirus əleyhinə dezinfeksiya
10:12 5 Mart 2020
94 Digər
Ölkə mətbuatı
A- A+

Yevlax Şəhər İcra Hakimiyyəti tərtib edilən qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirir.
İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, məqsəd koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsindən ibarətdir. 
Şəhərdəki yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, həmçinin Heydər Əliyev Mərkəzi, Yevlax Şəhər “Cümə” Məscidi, rayonun məktəbəqədər və orta təhsil müəssisələri, kitabxanalar, Mərkəzi Bazar, Avtovağzal, ictimai iaşə və ticarət obyektləri, ərazidəki konteyner meydançalarında, bir sözlə insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə kütləvi dezinseksiya və dezinfeksiya işləri aparılır. Bu işlər həm də rayonun kəndlərində də keçirilir.
İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq Yevlax şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə də dezinfeksiya işləri davam etdirilir.
Səhiyyə Nazirliyinin Respublikada dezinfeksiya tədbirləri barədə əmrinə əsasən, görülən bütün işlər müvafiq kimyəvi preparatlarla aparılır. 







Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/yevlaxda-koronavirus-eleyhine-dezinfeksiya

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR