"Azərbaycan Dəmir Yolları" inzibati binasında dezinfeksiya işləri aparıb

"Azərbaycan Dəmir Yolları" inzibati binasında dezinfeksiya işləri aparıb
13:07 5 Mart 2020
128 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Dəmir Yolları” QSC-nin əsas inzibati binasında koronavirusa qarşı dezinfeksiya işləri aparılıb.
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, dezinfeksiya işləri işçi otaqlarda və dəhlizlərdə, o cümlədən yeməkxana, sanitariya qovşaqlarında və s. yerlərdə aparılıb.
Xatırladaq ki, koronavirusun dəmiryol nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb. Bakı Dəmiryol Vağzalının qaynar xətti fəaliyyətə başlayıb: +994 12 499 61 11
Ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda, xüsusilə də əhalinin daha çox istifadə etdiyi Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarlarında dezinfeksiya tədbirləri davam etdirilir. Profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir. Dezinfeksiya işləri gündə iki dəfə aparılır.




Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-demir-yollari-inzibati-binasinda-dezinfeksiya-isleri-aparib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR