“Eurovision” rəhbəri koronavirusa görə Rotterdama getmir

“Eurovision” rəhbəri koronavirusa görə Rotterdama getmir
16:32 5 Mart 2020
Ölkə mətbuatı
A- A+

"Eurovision" mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand və digər rəsmilər Rotterdamda keçirilməsi nəzərdə tutulan nümayəndə heyətlərinin iclasına qatılmayacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Avropa Yayım İttifaqının (EBU) baş direktoru qurumun baş qərargahında çalışan işçilərdən birində koronavirus aşkarlanmasından sonra qərargahda çalışan bütün işçilərə martın 13-nə qədər bütün səfərləri qadağan edib.

Bundan əvvəl İsveç nümayəndə heyəti də virus təhlükəsi səbəbindən Rotterdamdakı görüşə getməkdən imtina edib.

Azərbaycan nümayəndə heyətindən "İnfe Azerbaijan"a verilən məlumata görə, heyətin rəhbəri Leyla Əliyeva (Quliyeva) Rotterdamdakı görüşdə iştirak edəcək.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/831280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR