Cəbhədə itki verməmişik

Cəbhədə itki verməmişik
16:11 17 Yanvar 2015
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyi Ermənistan KİV-nin iddialarına münasibət bildirib.

Müdafiə Nazirliyindən ANS PRESS-ə bildirilib ki, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi cəhdi və bunun nəticəsində itki verərək geri çəkilməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və uydurmadır.

Nazirlik bildirir ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

Qeyd edək ki, Ermənistan KİV-də Azərbaycan tərəfinin cəbhə xəttində təxribata yol verdiyi iddia edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=320298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR