BMW dizel mühərrikli 3 Series hibridlərini təqdim edib - FOTO

BMW dizel mühərrikli 3 Series hibridlərini təqdim edib - FOTO
21:32 5 Mart 2020
103 Maraqlı
Ölkə mətbuatı
A- A+

BMW şirkəti 3 Series xəttinin genişləndirdiyini bəyan edib. Alman istehsalçısı Cenevrədə keçiriləcək avtosalonda M340d xDrive Sedan və M340d xDrive Touring "yumşaq" hibridləri, habelə bu yay satışa çıxacaq qoşulan 330e Touring hibridini təqdim edəcəkdir. Dizel mühərriki ilə təchiz edilmiş M340 modelləri isə, aprel ayında diler mərkəzlərində peyda olacaqlar.

Milli.Az autograph.az-a istinadən bildirir ki, BMW M340d xDrive sedan və universalının kapotunun altında, 48 voltluq startyor-generator ilə təchiz edilmiş 3,0-litrlik sıralı altısilindrli biturbodizel yerləşir. Mühərrik 340 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir, elektromotor isə, sürətlənmə zamanı mühərriki əlavə 11 at qüvvəsi ilə təmin edir. BMW M340d xDrive sedanı 100 km/saat  həddinə 4,6 saniyəyə, universalı isə 4,8 saniyəyə sürətlənir.

Hibrid əlavə, mühərrikin işləməsini optimallaşdıraraq,  yanacağa qənaət etməyə kömək edir.  Xatırladaq ki, bənzər güc qurğusu  X5/X6 xDrive40d modelləri üçün də təklif olunur.

BMW 330e Touring modeli isə yay aylarında satışa çıxacaqdır. Texniki cəhətdən universal bənzər sedanı təkrarlayır. Belə modifikasiya 2,0-litrlik dördsilindli turbomühərrik və 8-pilləli "avtomata" quraşdırılmış 113 at qüvvəli electromotor ilə hərəkətə gəlir. Hibrid qurğunun ümumi hasilatı 252 at qüvvə si və 420 Nm təşkil edir. Lakin, akselerator pedalının daha sərt basılması, "Sport" rejiminə keçilməsi və ya ötürmələr qutusunun M/S rejiminin seçilməsi halında XtraBoost funksiyası işə düşür və 10 saniyə müddətində qurğunun hasilatı 292 at qüvvəsinə qədər yüksəlir.

BMW 330e Touring modeli yenidən tənzimlənmiş buraxılış sisteminə, akselerator pedalının artmış həssaslığına  və proqram təminatı yenilənmiş Steptronic "avtomatına" sahib olub. Sonuncu yenilik ötürmələr qutusuna əyləcləmə zamanı dərhal aşağı pillələrə keçməsinə yardım edir.

BMW 330e Touring hibridi 100 km/saat həddinə 6.1 saniyəyə sürətlənir. Onun maksimal sürəti 220 km/saatdır. Universal yalnız lektrik ötürməsi ilə 65 kilometr məsafət qət edə bilər. Ötürmə - arxa oxadır. Tam ötürməli versiyalar daha sonra təklif ediləcəkdirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/828739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR