Sərxoş rəfiqələri koronavirusa yoluxma təhlükəsindən KARANTİNƏ APARDILAR

Sərxoş rəfiqələri koronavirusa yoluxma təhlükəsindən KARANTİNƏ APARDILAR
03:32 6 Mart 2020
130 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kambocaya səyahətindən qayıdan iki gənc qadın stüardessadan dərman istədikləri üçün karantinaya yerləşdiriliblər.

Milli.Az xəbər verir ki, 26 yaşlı Culia Valentin rəfiqəsi Dina ilə birlikdə Kambocaya tətilə gediblər. Londonda yaşayan iki rəfiqə Sinqapurda spirtli içki qəbul ediblər. Sinqapur hava limanında bir gün gecələdiklərinin səhərisi gün Londona qayıtmaq üçün təyyarəyə miniblər. Qızlar içkili olduğu üçün stüardessadan dərman istəyiblər. Lakin dərman əvəzinə rəfiqələrə maska verilərək, xüsusi geyimli həkimlər tərəfindən hava limanının karantina binasına aparılıblar. Əslən isveçli Culia korona virusa yoluxmadıqlarını sadəcə içkili olub gecə az yatdıqları üçün ağrı kəsici istədiklərini deyib. Həkimlər isə gənc qızın dediklərinə inanmayaraq, onların hər ikisini də 14 gün müddətində nəzarətdə saxlayacaqlar. Hələ də karantində qalan qızlar bu hadisədən ailələrinin xəbər tutmasını istəmirlər. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/831249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR