Misirdə bərpası başa çatan Coser ehramının açılışı olub

Misirdə bərpası başa çatan Coser ehramının açılışı olub
07:37 6 Mart 2020
127 Dünya
Ölkə mətbuatı
A- A+

Misirin məşhur Coser ehramı 14 il davam edən bərpa işlərindən sonra yenidən turistlərin üzünə açılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, günümüzədək gəlib çatan ən qədim daş tikilinin yeni görkəmdə təqdimatı mərasimində Misirin Baş Naziri Mustafa Madbuli iştirak edib.

Bərpa işlərinin fevralda başa çatdığını diqqətə çatdıran Misirin Qədim Abidələr Nazirliyinin nümayəndəsi Vaad Abul Əla bildirib ki, restavrasiya zamanı ən müasir elmi metodlardan istifadə olunub. Bu prosesdə bir çox tanınmış arxeoloqlar da iştirak ediblər. Ehramın fasadı, içərisindəki divarlar, daxili hissəsinə aparan daş pillələr, dəhlizlər və sarkofaqlar əsaslı təmir edilib. Bərpa işlərinə 2006-cı ildə başlanılıb, UNESKO-nun divarların uçması təhlükəsi ilə əlaqədar təkidi ilə 2011-ci ildə müvəqqəti dayandırılıb və 2013-cü ildən sonra davam etdirilib. Coser ehramına turist axınını təmin etmək məqsədilə onun ətrafı və yolları da abadlaşdırılıb.

Misirdə doqquz ən hündür ehramdan biri sayılan qədim tikili eramızdan əvvəl təqribən 2650-ci ildə memar və vəzir İmhotep tərəfindən Sakkarada məqbərə məqsədilə firon Coserin şərəfinə tikdirilib. Burada onun bütün ailə üzvləri -arvadları və uşaqları dəfn edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/831414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR