İsrail millisinin baş məşqçisi koronavirusa görə karantinə alınacaq

İsrail millisinin baş məşqçisi koronavirusa görə karantinə alınacaq
11:37 6 Mart 2020
63 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İsrail millisinin baş məşqçisi Andreas Hertsoq koronavirus epidemiyasına görə karantinə alınacaq.
"Report" yerli mətbuata istinadən xəbər verir, UEFA Millətlər Liqasının Niderlandın paytaxtı Amsterdamdakı püşkatma mərasimində iştirak etmiş avstriyalı mütəxəssis İsrail Səhiyyə Nazirliyinin koronavirusla mübarizədə gördüyü sərt tədbirlər səbəbindən ölkəyə qayıtdıqdan sonra 14 gün nəzarət altında olacaq.
Artıq yerli futbol qurumunun bir neçə rəsmisi bu səbəbdən karantinə göndərilib. Ümumilikdə isə görülmüş tədbirlər çərçivəsində son 2 həftədə ölkə xaricindəki tədbirlərə qatılan 100-dən çox insan nəzarət altına alınıb.
Son məlumata görə, İsraildə koronavirusa yoluxanların sayı 15 nəfərdir.
Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 90 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 98 429-a çatıb. Bunların 55 641 nəfəri sağalıb, 3 387 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/millinin-bas-mesqcisi-koronavirusa-gore-karantine-alinacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR