Əfqanıstanda siyası liderlərin iclasında bomba həyəcanı yaşandı -

Əfqanıstanın paytaxtı Kabildə siyasi liderlərin də qatıldığı anım mərasimində silahlı və bomba hücumu təşkil edilib.

Metbuat.az xəbər verir ki, hücum, Hizb-e Vəhdət partiyasının keçmiş lideri Əbdül Əli Məzarinin ölüm ildönümü ilə əlaqədar anma mərasimləri zamanı baş verib.

Hücum əsnasında Əfqanıstan Yüksək Sülh Şurasının sədri Məhəmməd Kərim Halili bir çıxış edirmiş.Partlayışa səbəb bölgəyə atılan bir raketin olduğu bildirilib.

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsünün müavini Nəsrət Rəhimi, hücumun olduğu bölgəyə xüsusi polis qüvvələrinin göndərildiyini söyləyib..

Bu hücumun kim tərəfindən təşkil edildiyi hələ məlum deyil.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR