Ramiz Mehdiyev əmr imzaladı

Ramiz Mehdiyev əmr imzaladı
15:23 6 Mart 2020
88 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyinat olub.

Axar.az xəbər verir ki, AMEA prezidenti Ramiz Mehdiyev əmr imzalayıb.

Əmrə əsasən, Sevil Zülfüqarova AMEA-nın Mərkəzi Elmi Kitabxanasına direktor təyin edilib.

Qeyd edək ki, S.Zülfüqarova 2010-cu ildə Mərkəzi Elmi Kitabxanada çalışıb. Bundan əvvəl isə o, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kitabxana şöbəsinin müdiri işləyib.

Xatrıladaq ki, martın 4-də tibb üzrə fəlsəfə doktoru Leyla İmanova AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsindən azad edilib. Yeni təyinatadək kitabxananın direktoru vəzifəsini Elnur Eltürk icra edirdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/307047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR