“Space” TV-yə qarşı 26 min manatlıq iddia ilə bağlı qərar verildi

Bakı Kommersiya Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsinin “Space” Müstəqil Radio və Televiziya Şirkətinə qarşı “icarə haqqı üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxılıb.

Metbuat.az xəbər verir ki, hakim Səbinə Nuriyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, dövlət qurumunun “Space”yə qarşı iddia tələbi təmin edilməyib. Qərarda göstərilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh "Space" Müstəqil Radio və Televiziya Şirkətindən 3 müqavilə üzrə - 7 815 manat, 3 560 manat və 14 854 manat olmaqla, ümumilikdə 26 229 manat məbləğində vəsaitin tutulmasına dair tələbi iddia müddəti keçdiyindən təmin edilmir.

Sözügedən icarə müqavilələri 1998-2002-ci illər ərzində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Space” Müstəqil Radio və Televiziya Şirkəti arasında Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanında yerləşən, ümumi sahəsi 517 kvadratmetr olan qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti (C.Cabbarlı adına kinoteatr) ünvanında yerləşən, ümumi sahəsi 2005.9 kv.m olan qeyri-yaşayış sahəsnin icarəyə verilməsi barədədir.

Qeyd edək ki, Prezident İlham Əliyevin İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında 23 oktyabr 2019-cu ildə imzaladığı fərmana əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. (report.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR