Şəhidimizin dəfnindən ürəkdağlayan görüntülər -

1996-cı il təvəllüdlü Orxan Nazim oğlu Paşazadənin cənazəsi doğulub boya-başa çatdığı Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib.

Metbuat.az xəbər verir ki, dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin, rayon icra aparatının əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Cəfərxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib.

Şəhid Orxan Paşazadə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib və medal Azərbaycan bayrağı ilə birgə şəhidin atası Nazim Paşazadəyə təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR