Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir

16:22 17 Yanvar 2015
74 Sosial
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 16:21 ]

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında yayılan xəbərləri təkzib edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi cəhdi və bunun nəticəsində itki verərək geri çəkilməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və uydurmadır.
 

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR