Xəzər TV-dən Tolikin verilişi ilə bağlı - RƏSMİ AÇIQLAMA

Xəzər TV-dən Tolikin verilişi ilə bağlı - RƏSMİ AÇIQLAMA
14:13 7 Mart 2020
114 Şou
Ölkə mətbuatı
A- A+

Xəzər Televiziyasına yeni təyin olunmuş Baş direktor Murad Dadaşovun rəhbərliyi ilə peşəkar mütəxəssislərdən ibarət yaradıcı qrup formalaşdırılıb. Bu qrup televiziyanın efirində yayımlanan verilişlərin məzmun və keyfiyyətini nəzərdən keçirir.

Publika.az-a kanaldan daxil olan məlumata görə, keçirilən ilk iclasda "Hər şey daxil" verilişinin yayımının dayandırılmasına qərar verilib, aparıcı Tarix Əliyev və verilişin komandasına isə yeni telelayihənin hazırlanması tapşırılıb.

Murad Dadaşovdan "Xəzər TV"də İLK ADDIM: məşhur veriliş bağlandı

Qeyd edək ki, yaradıcı heyət televiziyanın proqram siyahısına daxil olan bütün layihələrin monitorinqini aparmaqda və keyfiyyət analizini həyata keçirməkdədir. Monitorinqlərin nəticəsindən asılı olaraq, digər verilişlərdə də məzmun dəyişikliklərinin ediləcəyi istisna olunmur.

Media orqanı olaraq bəyan edirik ki, növbəti televiziya mövsümündən, yəni cari ilin payızdan etibarən "Xəzər TV" daha məzmunlu, dolğun, əhatəli və xalqımızın milli mənəvi dəyərlərinə uyğun yeni telelayihələrlə tamaşaçıların görüşünə gələcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/307125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR