Oğuzda meşə zolağında yanğın söndürülüb - YENİLƏNİB

Oğuzda meşə zolağında yanğın söndürülüb - YENİLƏNİB
18:05 7 Mart 2020
107 Ölkə
Ölkə mətbuatı
A- A+

18:03

Oğuzda meşə zolağında yanğın söndürülüb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

------

15:33

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/831946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR