Premyer Liqa: "Qəbələ" "Sumqayıt"a böyük hesabla qalib gəldi

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"a böyük hesabla qalib gəldi
18:52 7 Mart 2020
98 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.
"Report"un məlumatına görə, turun açılış matçında "Qəbələ" "Sumqayıt"ı qəbul edib.
Qəbələ şəhər stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qəbələ"nin heyətində 34-cü və 89-cu (penalti) dəqiqələrdə Nikolas Raysel, 37-ci dəqiqədə Amin Seydiyev, 52-ci dəqiqədə Rövlan Muradov, 63-cü dəqiqədə isə İviça Juniç fərqlənib.
Bu nəticədən sonra 8-ci pillədə qərarlaşan "Qəbələ" 19-cu xalını qazanıb. 4-cü sıradakı "Sumqayıt"ın isə 23 xalı var.
Qeyd edək ki, günün digər matçında "Neftçi" "Sabah"la üz-üzə gələcək. Tura sabah keçiriləcək "Səbail" - "Zirə" və "Keşlə" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/premyer-liqa-qebele-sumqayit-a-boyuk-hesabla-qalib-geldi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR