20 Yanvar faciəsində Gəncənin yeganə şəhidinin xatirəsi anılıb

20 Yanvar faciəsində Gəncənin yeganə şəhidinin xatirəsi anılıb
16:32 17 Yanvar 2015
71 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün 20 Yanvar faciəsində Gəncənin yeganə şəhidi olan Valeri Boqdanovun xatirəsi anılıb. Kəpəz TV (Region TV) xəbər verir ki, bir qrup şəhər ziyalısı və dəmiryolçular şəhidin ailəsini ziyarət ediblər.

Valeri Boqdanov Gəncədə dəmiryolu sahəsində çalışıb. Rostov Dəmiryolu Universitetinin məzunu olan Valeri sonrakı dövrlərdə Bakıda Milli Təhlükəsizlik orqanlarında çalışmağa başlayıb. 19-20 yanvar tarixində Valeri Boqdanov Xəzər sahillərində ölkəmizin sərhədlərini qoruyarkən qəhrəmancasına şəhid olub.

Füzuli Kərimov - DYQSC-Yük Daşımaları üzrə qərb bölgəsinin rəisi: “Biz Valeri və onun atası ilə birlikdə işləmişik. Çox gözəl insanlar olublar. Dövlətçiliyimizə, xalqımıza qarşı çox etibarlı insanlar olublar. 20 Yanvar günü dənizdə olublar və orada rus hərbçiləri dəniz vasitəsi ilə Bakıya girəndə onu güllələyiblər”.

Hər il olduğu kimi bu il də vaxtı ilə onunla bir yerdə işləyən dəmiryolçular şəhidin ailəsini ziyarət ediblər. Görüşdə Valerinin keçdiyi ömür yoluna nəzər salınıb, onun dövlətimizin suverenliyi uğrunda şəhidlik zirvəsinə ucaldığı diqqətə çatdırılıb.

Valentina Boqdanova - şəhidin  anası: “Mən bir ana kimi demək istəyirəm ki, bu dəhşətli qırğının qarşısını Heydər Əliyev aldı. Əgər o olmasaydı, belə faciələr daha da çox olacaqdı. Çox şadam ki, Heydər Əliyevin siyasi kursunu onun övladı İlham Əliyev davam etdirir. Bir ana kimi istəyirəm daima sülh, əmin-amanlıq olsun”.

Valeri Zakir oğlu Boqdanov 1958-ci ildə Gəncə şəhərində anadan olub və o, Boqdanovlar ailəsinin yeganə oğlan övladı olub. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR